ABŞ yeni raketini sınaqdan keçirdi

19 Noyabr 2023 22:09

Amerikanın "Lockheed Martin" şirkəti ABŞ ordusu ilə birlikdə yeni əməliyyat-taktiki PrSM raketini sınaqdan keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, yeni raket ATACMS raketini əvəz etmək üçün nəzərdə tutulub:

"Lockheed Martin" ABŞ ordusu ilə birgə həyata keçirdiyi sınaq uçuşunu uğurla başa vurub. HIMARS buraxılış qurğusundan atılan PrSM nəzərdə tutulan hədəfi vurub".

Milli.Az