29 yaşlı ata bıçağı azyaşlı uşaqlarının ürəyinə sancdı

19 Noyabr 2023 21:18

Udmurtiyada 29 yaşlı ata həyat yoldaşından boşandığı üçün yeddi yaşlı oğlu və üç yaşlı qızını öldürüb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, noyabrın 18-də səhər saatlarında təqsirləndirilən şəxs boşanma prosesinə görə həyat yoldaşına qarşı düşmənçilik zəminində bıçağı balaca uşaqlarının ürəyinə sancıb. Onlar sağ qalmayıblar.

Daniil S. daha sonra qaçsa da, meşədə yaxalanıb.

Milli.Az