2022-ci ildə Rusiyanın çökmə təhlükəsi var idi, lakin... - Peskov

19 Noyabr 2023 19:25

2022-ci ildə Rusiya görünməmiş sanksiyalar səbəbindən real iqtisadi çöküşlə təhdid edildi, lakin ölkə bu zərbəyə tab gətirə, hətta zamanla artıma doğru irəliləyə bildi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Çökmə təhlükəsi var idi, biz həqiqətən də bu çöküşün qarşısını almaq üçün bütün resursları və daxili qüvvələri səfərbər etməli idik. Rusiyadan öncə heç bir ölkə bu qədər böyük təzyiqlə üzləşməmişdi, lakin nəinki vəziyyəti sabitləşdirməyə, hətta böyümə trayektoriyasına daxil ola bildik", - Peskov bildirib.

Milli.Az