Ermənistan və Hindistan Xarici İşlər nazirlikləri məsləhətləşmələr keçirdi

19 Noyabr 2023 18:00

Ermənistan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə SputnikARM məlumat yayıb.

Məsləhətləşmələr Yeni Dehlidə Ermənistan və Hindistan xarici işlər nazirlərinin müavinləri - Mnatsakan Səfəryan və Sanjay Vermanın rəhbərliyi altında baş tutub.

Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Ermənistan-Azərbaycan əlaqələri və kommunikasiya layihələri müzakirə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun