Bu ərazilərdə qazın verilişi dayandırılıb - YENİLƏNİB

19 Noyabr 2023 12:36

Ordubadın bütün kəndlərində, Culfanın isə bir sıra kəndlərində qazın verilişi bərpa olunub.

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən Milli.Az-a verilən məlumata görə, Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi bərpa olunub.

Qeyd edək ki, təmir bərpa işləri ilə əlaqədar Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi saat 06:30-dan etibarən müvəqqəti dayandırılmışdı.

------

11:13


Ordubadın bütün kəndlərində, Culfanın isə bir sıra kəndlərində qazın verilişi müvəqqəti dayandırılıb.

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən Milli.Az-a verilən məlumata görə, təmir bərpa işləri ilə əlaqədar Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi saat 06:30-dan etibarən müvəqqəti dayandırılıb.

Qaz təchizatının verilməsi barədə əlavə məlumat veriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun