Serbiya millisində sürpriz baş məşqçi
22 May 2012 10:46
Futbol üzrə Serbiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra Serbiya millisini Sinişa Mihayloviç çalışdıracaq.
Bu barədə məlumatı Serbiya Futbol Federasiyası açıqlayıb. Məlumatda bildirilir ki, Mihayloviç ilə 2 illik müqavilə imzalanıb.
Mihayloviç futbolçu karyerası ərzində vaxtilə "Borovo", "Vojvodina", "Red Star Belgrad" klublarında oynadıqdan sonra İtaliyanın "Roma", "Sampdoria", "Lazio" və "Inter" komandalarında legioner həyatı yaşayıb. Elə məşqçiliyə də "İnter"də baş məşqçi köməkçisi kimi başlayan Mihayloviç "Bologna", "Catania" və "Fiorentina"nı çalışdırıb. Lakin o, başa çatan mövsümün gedişində "Fiorentina" ilə uğur qazana bilmədiyindən vaxtından öncə istefaya göndərilmişdi və bir neçə ay idi ki, işsiz idi.
Qeyd edək ki, Mihayloviçə qədər Serbiya yığmasını Vladimir Petroviç çalışdırırdı. Lakin o, komandanı AÇ-2012-yə çıxara bilmədiyindən postundan uzaqlaşdırılmışdı.
Milli.Az