Azərbaycanda bu sektora investisiyanın həcmi 20 faizdən çox artıb

19 Noyabr 2023 09:13

Cari ilin yanvar-oktyabr aylarında neft-qaz sektoruna 4 milyard 913,5 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Milli.Az-a bildirilib ki, həmin dövr ərzində ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz artıb.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 milyard 945,2 milyon manat səviyyəsində olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun