Pişiklə oynayan uşaq öldü - Səbəb təəccübləndirir

18 Noyabr 2023 21:21

Rusiyanın Saratov vilayətində dörd yaşlı uşaq pişiklə oynayarkən ölüb.

Milli.Az oxu24.com-a istinadla xəbər verir ki, bu barədə REN TV-nin mənbəsi bildirib.

Hadisə noyabrın 15-də Çexov küçəsindəki evlərdən birində baş verib.

Evdə nənəsi ilə qalan azyaşlının meyiti tapılıb. Məlum olub ki,evdə pişiklə oynayan uşaq ipə ilişərək boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları  hadisə  ilə  bağlı cinayət işi açıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az