Necati Şaşmazın indiki halı təəccübləndirir - FOTO

18 Noyabr 2023 16:57

Dövrünün ən çox baxılan seriallarından olan "Kurtlar Vadisi"ndə Polat Alemdar obrazı ilə yadda qalan türk aktyor Necati Şaşmaz uzun müddətdir ekrandan uzaq həyat yaşayır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,aktyor bu dəfə rolu ilə yox, görünüşü ilə diqqət çəkib.

Aktyor ilin əvvəlində "Kurtlar Vadisi" üzərində işə başlayacaqlarını açıqlamışdı. Onun sözlərinə görə, yeni çəkilişlər bu ilin yanvarında başlamalıydı. Amma hələlik səssizlik hökm sürür.

İctimaiyyətdən uzaq yaşamağa üstünlük verən, zaman-zaman müəyyən iddialarla gündəmə gələn Polat Alemdarın son halı:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun