Ədalətin budur Qərb?

18 Noyabr 2023 14:22

Ermənistanda amerikalılar, avropalılar, ruslar və iranlılar arasında kəskin qarşıdurma başlayıb. Səbəb Nikol Paşinyanın eyni zamanda Paris, Vaşinqton, Tehran və Brüsseldən dəstək gözləməsidir.

ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" adlı dinləmələrin keçirilməsi, orada Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin müavini Ceyms O-Brayenin çıxışı barədə artıq yazmışıq, xəbərlər də vermişik.

O-Brayenin nitqi Azərbaycana qarşı aşkar təzyiq cəhdi, rəsmi Bakını Vaşinqtonun ssenarisi ilə davranmağa vadar etmək istəyi idi.

Bu, ölkəmizə qarşı təzyiqlərin bir treki idi.

Digər trek ABŞ Senatında "Erməniləri müdafiə aktı 2003" (S.3000) adlı qanun layişəsinin qəbul olunmasıdır. Sənədə görə, ABŞ prezidenti "Azadlığa dəstək aktı"na edilmiş 907-ci düzəlişin həyata keçirilməsindən imtina hüququndan məhrum edilir. Sözügedən qanun Vaşinqtona Ermənistana hərbi məqsədlərlə yardımlar etmək hüququ da verir.

"S.3000" Konqresin Nümayəndələr Palatasında təsdiqlənərsə və ABŞ prezidenti tərəfindən imzalanarsa qanuna çevriləcək.

Bəhs etdiyimiz sənəd ABŞ-ın Azərbaycana qarşı yönəltdiyi ilk qanuni akt deyil. 30 il əvvəl, Qarabağ və bir neçə ətraf rayonumuz Ermənistan tərəfindən işğal ediləndə də Birləşmiş Ştatlar ölkəmizə qarşı sanksiyalar tətbiq etmişdi.

Senatorlar Con MakKeyn, Con Kerri və konqresmen Ueyn Ouensin təklif etdikləri 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresində "Azərbaycan tərəfindən Qarabağın işğalına və Ermənistana qarşı blokadaya son qoymaq" kimi sərsəm əsaslarla qəbul edilmişdi.

Yalnız 2001-ci ildə, ABŞ-ın beynəlxalq terrorizmə qarşı başladığı əməliyyatları Azərbaycan da dəstəkləyəndə 907-ci düzəlişin reallaşması hər il ABŞ prezidenti tərəfindən dayandırırdı. İndisə düzəliş yenidən qüvvəyə minir və ABŞ Ermənistana hərbi, həmçinin digər yardımları artırmağa hazırlaşır.

Paradoks budur ki, Azərbaycan iki dəfə Birləşmiş Ştatların qərəzli "qəzəb"inə gəlir - ilk dəfə ərazilərinin 20 faizi Ermənistanın işğalına uğrayanda, indi də həmin ərazilər işğaldan tam azad ediləndən sonra.

1992-ci ildə Qarabağ və ətrafdakı 7 rayonumuz Ermənistanın işğalına məruz qalanda Birləimş Ştatların Senatı ilə Nümayəndələr Palatası bunu görmək istəmədilər.

İşğalın davam etdiyi 30 il ərzində Vaşinqton Ermənistana qarşı heç bir sanksiya da tətbiq etmədi.

Üçüncü trek trek isə Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) ünvanladığı iddia və həmin iddia nəticəsində qəbul edilən qərardır.

BƏM dünən "Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı təminatlı məhkəmə tədbirlərinin tətbiqi barədə" qərar qəbul etdi.

Sənəddə bildirilir ki, "Azərbaycan 2023-cü ilin sentyabrın 19-dan sonra Dağlıq Qarabağı tərk etmiş və geri qayıtmaq niyyətlərini açıqlayan ermənilərin təhlükəsiz, maneəsiz və tez qayıdışını təmin etməlidir".

Habelə, "Azərbaycan Dağlıq Qarabağ sakinlərinin əmləak şüquqlarını təsdiqləyən sənədlləri saxlamalı və məhv etməməlidir": "Bakı bu şüquqa sayğı bəsləmək məxburiyyətindədir. Azərbaycan bəhs olunan istiqamətdə görülən işlər barədə məhkəməyə 8 həftə ərzində hesabat təqdim etməlidir".

Bundan başqa, "Azərbaycan 19 sentyabrdan sonra Dağlıq Qarabağda qalan və ya qayıdan şəxslərə qarşı güc tətbiq etməkdən, habelə onları qorxutmaqdan çəkinməlidir".

Xatırladaq ki, Ermənistan sentyabrın 28-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraxiət edərək "İrqi diskriminasiyanın bütün formalarının ləğvi haqqında" beynəlxalq konvensiya çərçivəsində İrəvanın Bakıya qarşı iddiasına bazılması ilə bağlı iddia ilə çıxış etmişdi.

İddiada 10 bənd vardı.

Lakin ermənilərin və onları dəstəkləyənlərin, xüsusilə də Fransanın və Avropa İttifaqının bəzi strukturları ilə funksionerlərinin BƏM qərarı ilə bağlı ümidləri puç oldu.

Belə ki, ermənilərin 9 tələbindən 7-ni BƏM rədd etdi.

BƏM qərarındakı "Dağlıq Qarabağ" ifadəsinin atavizm, hətta anaxronizm olduğunu bir kənara qoyaq.

Qərardakı "tələb"lər ironikdir və absurddur. Belə ki, Azərbaycanı tərk edərək Ermənistana yollanmış, yəni könüllü köç etmiş qarabağlı ermənilərin geri qayıtmasına Bakı hər haman hazır olduğunu zatən bəyan edib, edir.

Fəqət Avropa İttifaqı (Aİ) və digər beynəlxalq strukturlar, habelə bəzi dövlətlər Qarabağda yaşayan erməni sakinlərinin Azərbaycana reinteqrasiya prosesinə müdaxilə edir.

Məsələn, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun səsləndirdiyi fikirlər bəhs etdiyimiz məqama bariz sübutdur.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana miqrasiyası ilə bağlı Aİ nümayəndəsinin erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsündən söz açması Azərbaycanın reinteqrasiya prosesinə kobud, primitiv müdaxilədir.

Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən sülh müqaviləsinin təşəbbüskarı olaraq tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib.

BƏM qərarında Xankəndindəki sabiq separatçı rejimin hazırda Bakıda istintaq təcridxanasında saxlanılan rəhbərlərinin də "dərhal azad edilməsi" istənilir.

Məhkəmə Ermənistanın Azərbaycanın Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib.

Qarabağlı ermənilər arasında Ermənistana gedənlər dönə bilərlər - onların Azərbaycan cəmiyyətinə reinteqrasiya mexanizmi çoxdan bəyan olunub.

Ermənistandan Azərbaycana qayıtmaq istəyən ermənilər "Reinteqrasiya" (Reintegration.gov.az) saytında qeydiyyatdan keçərpək dönə bilərlər.

Proses çox sadədir. Üstəlik, qayıdacaq ermənilərin hüquqları, haqları və təhlükəsizlikləri təmin ediləcək. Çünki onlar qayıtdıqdan sonra Azərbaycanın Qarabağ iqtisadi zonasının rezidentləri olacaqlar.

Bu baxımdan BMT-nin BƏM-i, yəni Beynəlxalq Ədalət Məhkəməsi qərarı ilə bir neçə ay gecikib.

Qarabağlı ermənilərin təhlükəsizliyinin təminatı məsələsi də birdəfəlik həllini tapıb. 30 il ərzində qarabağlı erməniləri faktiki girov qismində saxlayaraq onları istismar etmiş, Xankəndində olan artıq sabiq separatçı rejim artıq ləğv ediliğö

Məhz həmin rejim qarabağlı ermənilərin taleyini 30 il sərasər hərraca qoyandan sonra onların tam əksəriyyətini Azərbaycanı tərk edərək Ermənistana yollanmağa vadar etmişdi.

Qarabağlı ermənilərin əmlak sənədlərinə gəldikdə isə, Xankəndindəki bütün inzibati və önəmli binalarda Azərbaycan polisinin postları var. Yəni qarabağlı ermənilərin sənədləri qorunur, mühafizə olunur və öyrənilir.

Çünki bu, bizim marağımızdadır.

8 həftə ərzində BƏM-ə hesabat göndərilməsi tələbi də icra ediləcək. Mütləq şəkildə - Azərbaycanda kağız çoxdur, rəsmi Bakı da bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atır.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini də rədd edib.

Məhkəmənin Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfərini asanlaşdırmaq və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığa dair tələbi ilə bağlı heç bir tədbir görməyi tələb etməməsi faktı Azərbaycanın bu sahədə göstərdiyi açıqlığın və əməkdaşlığın etirafıdır. Bu, ölkəmizə qarşı irəli sürülən bütün ittihamları mahiyyətcə əsassız edir.

Azərbaycan milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq şəxsi mülkiyyəti, mədəniyyət abidələrini, artefaktları, habelə qeydiyyat sənədlərini qoruyur. Beləliklə, Məhkəmənin bu sahələri qeyd etməməsi eyni zamanda Azərbaycanın həyata keçirdiyi tədbirlərin təsdiqidir.

Məhkəmə Ermənistanın Azərbaycanın Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib. Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir.

Azərbaycan CERD üzrə öhdəliklərinə ciddi yanaşır. Biz beynəlxalq hüquq çərçivəsində bu öhdəlikləri və bütün insanların hüquqlarını qorumağa sadiq qalırıq və diqqətimizi dinc və firavan bir regionun qurulmasına yönəltmişik.

Beləliklə, əsas məqam BƏM-in qəbul etdiyi yox, rədd etdiyi iddialar və bəndlərdir.

Qarabağa müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin, müşahidə və ya monitorinq qruplarının buraxılması, hərbçilərimizlə polislərimizin Qarabağdan çıxarılması ilə bağlı tələblərsə absurd olmaqla yanaşı, suverenliklə müstəqilliyimizə meydan oxumaqdır.

Beynəlxalq Ədalət Məhkəməsi qismən də olsa, bunu dərk edib.

Amerikalı senator və konqresmenlərdən fərqli olaraq...

 

Elçin Alıoğlu
TREND