Sabirabadda Bakı-Astara dəmir yolu xətti yarıldı
19 May 2010 15:09
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfədar Bağırovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, bəndin dağılması nəticəsində Azada kəndinin qəbiristanlığı tamamilə su altında qalıb.
Onun sözlərinə görə, kənddə olan evlərin əksəriyyəti su içində qalıb, sakinlər evakuasiya olunublar.
Komissiya sədri bildirib ki, hazırda bəndin bərpa olunması istiqamətində işlər aparılır, suyun boş əraziyə axıdılması üçün Bakı-Astara dəmir yolu xətti yarılıb.
Anar Məmmədov
Milli.Az