Avstriya Prezidenti onu dişləyən itə hədiyyə verdi - VİDEO

18 Noyabr 2023 13:11

Avstriya Prezidenti Aleksandr Van der Bellen onu dişləyən Moldova liderinin itinə oyuncaq hədiyyə edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Van der Bellen hadisəni şərh edərkən, çoxlu sayda insana görə əsəbiləşən iti anladığını bildirib.

Qeyd edək ki, noyabrın 16-da dövlət başçıları Moldova Prezident Administrasiyasının binasının həyətində gəzərkən Maya Sandunun iti Aleksandr Van der Bellenin əlindən dişləyib. Bütün bunlar Avstriya Prezidenti iti sığallamaq istəyəndə baş verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun