Noyabrın 22-də Yer kürəsi yenidən güclü maqnit qasırğasının təsiri altında olacaq. Həmin gün halsızlıq, başağrısı, təzyiqin qalxıb-enməsi halları mümkündür. Eyni vəziyyət noyabrın 24-25-də də təkrarlanacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyası müdirinin müavini Sergey Boqaçovun sözlərinə görə, ilin sonunadək G3 səviyyəli maqnit qasırğalarının dəfələrlə təkrarlanması mümkündür.
Bundan başqa, alim qeyd edib ki, belə qasırğalar yaxın iki il ərzində müntəzəm olaraq təkrarlanacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun