“Real” formasını bir dəfə belə geyinə bilmədi - Arda Gülər ​​Türkiyəyə qayıdır?

18 Noyabr 2023 10:33

Zədəli olduğu üçün "Real Madrid"də oynamaq şansı tapa bilməyən Arda Gülər ​​üçün "Fənərbağça"nın icarə təklifi etdiyi iddia edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça"dan ayrılan "Real Madrid"də 4 ayda 3 dəfə zədələnən Arda Gülər ​​hələ də bənövşəyi-ağların formasını geyinə bilməyib. 

"Fənərbağça" Arda Güləri icarəyə götürmək üçün "Real"a təklif edib. "Bənövşəyi-ağların" prezidenti Florentino Peres təklifə müsbət baxmasa da, aralıq transfer dövrünə qədər fikrinin dəyişə biləcəyi bildirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun