AB hərbçiləri Rusiya ilə sərhədə göndərilə bilər

17 Noyabr 2023 23:54

Avropa Birliyinin "Frontex" sərhəd nəzarəti agentliyi öz hərbçilərini Rusiya ilə sərhədə göndərə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Finlandiya mətbuatında məlumat yayılıb.

Hərbçilərin nə vaxt Finlandiya ilə Rusiya sərhədinə göndəriləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, daha öncə Finlandiya hökuməti Rusiya ilə 4 sərhəd keçid məntəqəsini bağlayacağını bəyan edib.

Milli.Az