Ərdoğan: İsrail HƏMAS-dan daha çox girov saxlayır

17 Noyabr 2023 22:56

Ərdoğan bildirib ki, İsrail HƏMAS-dan daha çox girov saxlayır.

"Girov mübadiləsi - bəli, biz də bunun tərəfdarıyıq. Girovların sayından danışsaq, İsrailin əlində daha çox girov var. Bunu görməsəydik, ədalətsizlik olardı", - Türkiyə lideri Berlində Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında bildirib.

Milli.Az