Gədəbəydə qəza olub, xəsarət alan var

17 Noyabr 2023 21:38

Gədəbəydə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kiçik Qaramurad kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını yoldan çıxaraq bordürə dəyib.

Qəza zamanı sürücü, 1953-cü il təvəllüdlü Musa Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az