Bellinqem Avropanın ən yaxşı gənc oyunçusu seçildi

17 Noyabr 2023 21:55

İngiltərə millisinin və "Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem 2023-cü ilin "Golden Boy" mükafatını qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu mükafat Avropada ilin ən yaxşı gənc futbolçusuna (21 yaşadək futbolçular arasında) verilir.

Qeyd edək ki, Bellinqem bu ilin yayında "Borussiyadan (Dortmund) "Real"a keçib. 20 yaşlı oyunçu Madrid təmsilçisində çıxdığı ilk 14 matçda 13 qol vurub.

Milli.Az