Fergüsson "Mançester Yunayed"ə qayıda bilər

17 Noyabr 2023 20:04

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Fergüsson kluba qayıda bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Bildirilib ki, klubun səhmlərinin 25 faizini alması gözlənilən  Cim Ratkliff Fergüssonu özünün məsləhətçisi kimi görmək istəyir. Bildirilib ki,  futbol bölməsinə idarə edəcək Rakliff  "Mançester Yunayted"də idarəçilikdə  mütəxəssislə məsləhətləşmək niyyətindədir.

O cümlədən, Ratkliff Fergüssonla Mançester təmsilçisinin idman direktoru vəzifəsinə namizədləri müzakirə etməyi planlaşdırır. Şotlandiyalı mütəxəssisin bu vəzifədə əsas namizədinin "Kristal Pelas"ın idman direktoru Duqi Fridman olduğu vurğulanıb.

Milli.Az