İstanbulda güclü partlayış - Ölən və yaralılar var - FOTO

17 Noyabr 2023 18:06

İstanbulun Küçükçekmece rayonunda binada partlayış olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat verib.

Məlumata görə, partlayış dördmərtəbəli binanın zirzəmisində baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb, yaralılardan 2-sinin vəziyyəti ağırdır.

Partlayışa təbii qazın səbəb olduğu qeyd olunub. Hadisə yerinə yanğınsöndürmə və tibbi yardım heyəti cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun