Dünyanın ən məşhur qəhvə brendlərindən birinə çevrilən Starbucks işçiləri aksiya edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 2011-ci ildən ABŞ- ın "Starbucks" işçiləri olaraq təşkil edilən həmkarlar ittifaqı maaş və digər hüquqlarla bağlı heç bir addım atılmadığı təqdirdə tətilə çıxır.
İşçilərin gördüyü tədbirdən 200 filialın təsirlənəcəyi gözlənildiyi halda, noyabrın 16-da iş dayandırılması günün ən sıx olduğu saatlarda baş verib.
Tətil aksiyasının bəzi filiallarda bir neçə saat davam edəcəyi, bəzilərində isə günün çox hissəsini əhatə edəcəyi paylaşılıb.
Aksiyanın məqsədinin birləşmiş filiallarda ədalətli müqavilələr imzalamaqdan imtina edən Starbucks-a xəbərdarlıq etmək olduğu bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun