Şumaxerin "Ferrari"sinin təkərindən brilyant qolbaqlar hazırlandı, qiyməti... - FOTO

18 Noyabr 2023 04:30

"Formula 1"-in əfsanəvi pilotu Mixael Şumaxerin Fondu "Keep Fighting" zərgərlik şirkəti "Mongrip" ilə birlikdə maraqlı addım atıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, almaniyalı pilotun sürdüyü "Ferrari 310"-un arxa sol təkərindən hazırlanmış qolbaqlar seriyası satışa buraxılıb. Sabiq yeddiqat dünya çempionu bu bolidlə 1996-cı ildə İtaliya Qran-prisinin qalibi olub.

Bildirilir ki, məhdud sayda - 91 nüsxə (Şumaxerin dünya çempionatının treklərində qazandığı qələbələrin sayına görə) bilərziklər hazırlanıb. Onlar yeddi almaz və platin qapağı ilə bəzədilib.

Fanatlar ilk qolbağı bu gün - noyabrın 17-də baş tutacaq hərracda ala biləcəklər. Qalan nüsxələri onlayn və ya "Monogrip" butiklərində almaq mümkün olacaq. Qolbağın qiymətinin 8000 avro olduğu bildirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun