Kompüterini düzəltmək üçün ustaya verdi - usta elə bir hərəkət etdi ki, məhkəməlik oldu - Bakıda olay

17 Noyabr 2023 10:42

Bakı Apellyasiya Məhkəməsində kompüter sisteminə qanunsuz daxil olmada təqsirləndirilən Zakir Kərəmovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 5 000 manat məbləğində cərimə cəzası təyin edilib.

İttihama görə, Zakir Kərəmov fərdi qaydada kompüter təmiri ilə məşğul olur. Tanışı Zəfər Dadaşov (şərti) təmir etməsi üçün ona yeznəsi Namiq Qarazadənin (şərti) HP markalı notbukunu verib. Təqsirləndirilən şəxs notbukun daxili yaddaşını təmir etmək məqsədilə əməliyyat sisteminin bağlı olduğu elektron poçtu və həmin poçtun şifrəsini onlardan öyrənib. Sonra həmin poçta daxil olaraq notbuku təmir etməyin mümkün olmadığını görüb. Daha sonra Zakir 6 mart, 7 və 8 mart 2022-ci il tarixlərində yaşadığı ünvanda kompüter və mobil telefon ilə həmin "gmail"in bağlı olduğu Namiq Qarazadənin və onun həyat yoldaşının birgə istifadə etdikləri "Google Workspace" ekosistemində olan "Instagram" və "Facebook" sosial şəbəkələrində olan hesablarına, eləcə də "Yandex", "Pinterest", "Dropbox" və həmin ekosistemdə olan digər hesablara hüququ olmadan daxil olub.

Daha sonra zərərçəkmiş bunu bilib və hüquq-mühafizə orqanlara müraciət edib. Zakir Kərəmov saxlanıldıqdan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun