Çimərlikdə aşkar edilən narıncı məxluq insanları təəccübləndirdi - FOTO

18 Noyabr 2023 03:30

Şotlandiyada çimərlikdə tapılan narıncı məxluq insanları təəccübləndirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yerli sakinlər etiraf edirlər ki, daha əvvəl belə heyvan görməyiblər.

Şahidlərin dediyinə görə, narıncı məxluq balığa bənzəyir. O, uzun və sivri formaya malikdir, onun başa bənzəyən hissəsində ağ ləkələr var.

Məxluq Qreq Cenkinson və oğlu tərəfindən yerli çimərlikdə gəzərkən aşkar edilib.

"Oğlum mənə qışqıraraq dedi ki, "Bax, səkkizayaqlının ayağı!" Çünki uzaqdan o, məhz elə görünürdü", - deyə kişi xatırlayır.

Qreq tapıntının şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Bu yolla o, izləyicilərin heyvanı müəyyən edə biləcəklərinə ümid edib.

"Yadplanetlilərin işğalını saymasaq, bunun nə olduğuna dair heç bir məlumatım yoxdur", - deyə o paylaşdığı şəklin altında yazıb.

Böyük Britaniyanın dalğaların sahilə vurub çıxardığı balinakimilərin tədqiqi üzrə proqramın üzvü Rob Devill qeyd edib ki, bu, kiçik bir balinakimi sinfinə aid heyvanın parçalanmış qalıqları ola bilər, lakin bu, dəqiq deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun