Ermənistan MTX Balasanyanı dindirib

17 Noyabr 2023 09:06

Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma rejimin "Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyanı dindirib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, polkovnik Norayr Aslanyanın cinayət işi çərçivəsində dindirilib.

Xatırladaq ki, Norayr Aslanyan 5 aydır ki, həbsdədir. O, qanunsuz silah dövriyyəsində ittiham olunur.

Milli.Az​
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun