11 yaşlı məktəbli qızın mədəsində... - Həkimlər ŞOKDA

17 Noyabr 2023 08:05

Tümen vilayətində uşaq təsadüfən sprey başlığını udub. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə 4 saylı Rayon Xəstəxanasının Telegram kanalında məlumat verilib.

Müayinə zamanı 11 yaşlı məktəblinin mədəsində yad cisim aşkarlanıb. Həkimlər uşağa qastroskopiya və endoskopiya apararaq, ilişmiş obyektin dəqiq harada yerləşdiyini öyrənib və mədə-bağırsaq traktının vəziyyətini qiymətləndiriblər.

Hazırda uşağın vəziyyətinin normal olduğu bildirilib.

Milli.Az