AVRO-2024: Slovakiya final mərhələsində

17 Noyabr 2023 07:19

AVRO-2024-ün seçmə mərhələsində IX tura start verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, ilk gündə 9 qarşılaşma baş tutub.

İslandiyanı məğlub etmiş Slovakiya yığması final mərhələsində iştirakı təmin edib. Lüksemburq gözlənilmədən Bosniya və Herseqovinanı darmadağın edib. Portuqaliya Lixtenşteynə qarşı matçda cəmi iki qolla kifayətlənib. Turun sensasiyası isə Bakıda olub.

AVRO-2024, seçmə mərhələ

IX tur

17 oktyabr

"A" qrupu

Kipr 1:3 İspaniya

Gürcüstan 2:2 Şotlandiya

"F" qrupu

Azərbaycan 3:0 İsveç

Estoniya 0:2 Avstriya

"G" qrupu

Bolqarıstan 2:2 Macarıstan

Monteneqro 2:0 Litva

"J" qrupu

Lixtenşteyn 0:2 Portuqaliya

Lüksemburq 4:1 Bosniya və Herseqovina

Slovakiya 4:2 İslandiya