Azərbaycanda zəlzələ oldu

17 Noyabr 2023 06:43

İsmayıllı rayon ərazisində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3,4, dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.

Zəlzələ 3 bal gücündə hiss olunub.

Milli.Az