De Byazi Arif Əsədova təpik atdı - ANBAAN VİDEO

17 Noyabr 2023 00:37

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsveçi 3:0 hesabı ilə məğlub edib.

Milli.Az mətbuat.az-a istinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi millimizin üçüncü qolunu köməkçisi Arif Əsədova təpik vuraraq qeyd edib.

İtaliyalı çalışdırıcı həmin anı belə şərh edib:

"Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı".

Həmin anın videosunu təqdim edirik:

Milli.Az