“Qarabağ məsələsindən alət kimi istifadə edilib”

16 Noyabr 2023 15:11

"Qarabağ məsələsi Ermənistanın dövlətçiliyinin möhkəmlənməsinə qarşı bir alət olaraq istifadə edilib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

"Qarabağ məsələsində istədiyimizə, minimum olaraq 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün deyildi. Bu sammitdə "konsensus -1"ə qoşulanların və rəsmi görüşlərin qapalı hissəsində və ziyafətlərdə bizi bütün bunların mümkün olduğuna və mütləq baş verəcəyinə inandıranların hamısı bununla yalnız bir - Ermənistan dövlətinin formalaşmasının qarşısını almaq məqsədi güdürdülər", - deyə Paşinyan qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun