Azərbaycanda brilyantın həqiqiliyi ilə bağlı ARAŞDIRMA - VİDEO

16 Noyabr 2023 18:31

Brilyant qaşlarının  rəngi  dəyişir. İşığın altında bir rəngdən başqa rəngə keçir.

Rəngini dəyişən belə qaşlar saxta məhsul hesab edilirmi ?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qiymətli daşlar üzrə mütəxəssis Hikmət Rüstəmovun sözlərinə görə brilyantın rənginin ultrabənövşəyi şüalar altında dəyişməsi normaldır.

Bu proses floresans olaraq qəbul edilir.

Hikmət Rüstəmov bildirdi ki, günümüzdə olan bütün brilyantların təxminən 50 faizində bu rəng dəyişimini görmək mümkündür.

Həmçinin o da bildirildi ki, brilyantı, ultrabənövşəyi şüaların olduğu bu cihazlarla yoxlamaq düzgün deyil. Bunu ancaq beynəlxalq qurumlar və mutəxəssislər yoxlaya  bilərlər. Ölkədə isə belə mütəxəssislərin sayı kifayət qədər azdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun