Qadın futbolçunun Mbappedən qəribə istəyi... - FOTOlar

16 Noyabr 2023 15:00

Qadın futbolunun ulduzlarından olan Ana Markoviç Mbappe və Haalanddan klublarına bağlı qadın komandalarının oyunlarını izləmələrini istəyib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Markoviç qadın futbolunun bununla daha da inkişaf edə biləcəyini söyləyib.

24 yaşlı futbolçu açıqlamasında, "Futbolun ən böyük adlarının matçlarımızı izləməyə gəlməsini, Mbappe və ya Haaland kimi oyunçuların isə klublarının matçlarını izləməsini istəyirəm. Düşünürəm ki, Neymar Braziliya matçlarını izləyərək qadın futboluna kömək edə bilər"  deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun