İsrail HƏMAS rəhbərinin evini bombaladı

16 Noyabr 2023 11:35

İsrail Müdafiə Ordusuna məxsus qırıcılar HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Qəzza zolağındakı evinə zərbələr endirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail HƏMAS-ın yüksək səviyyəli rəsmilərinin görüş yeri kimi istifadə etdikləri evi bombalayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun