Bu ölkədə əhalisinin sayı artdı

16 Noyabr 2023 10:50

Qazaxıstan əhalisinin sayı 20 milyon nəfərə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məlumat verib.

"Qazaxıstanın əhalisi 20 milyona çatıb! Həmvətənlərimi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm! Xoşbəxt ailə millətin rifahının, ölkənin davamlı tərəqqisinin təməlidir", - Kasım-Jomart Tokayev deyib.

Tokayev qeyd edib ki, dövlət ailə dəyərlərinin möhkəmləndirilməsi, ana və uşaqların qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun