"Mən falçı deyiləm"

16 Noyabr 2023 12:20

ABŞ Prezidenti Co Bayden San-Fransiskoda çinli həmkarı Si Cinpinlə görüşün başa çatmasından sonra mətbuat konfransı keçirib.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, o, jurnalistlərin Çin-ABŞ münasibətləri, İsrail və HƏMAS arasında müharibə, eləcə də digər mövzularda suallarını cavablandırıb.

Bayden HƏMAS-ın xəstəxana altında hərbi qərargah yerləşdirməklə hərbi cinayətlər törətdiyini bildirib. Onun sözlərinə görə, İsrail məhdud sayda silahlı qüvvə ilə "Əl Şəfa"ya daxil olub.

O əlavə edib ki, İsrailin Qəzzanı ələ keçirməsi böyük səhv olar. ABŞ Prezidenti jurnalistlərin müharibənin nə vaxt başa çatacağı barədə sualına belə cavab verib: "Mən falçı deyiləm".

Bayden çərşənbə günü deyib ki, o, İsrailin baş naziri Benyamin Netanyahuya iki dövlətli planın İsrail-Fələstin münaqişəsinin həllinin yeganə yolu olduğunu bildirib. O, HƏMAS tərəfindən saxlanılan girovları azad etmək üçün əlindən gələni etdiyini vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun