ABŞ hərbi gəmisi Yəməndən buraxılan PUA-nı vurub

16 Noyabr 2023 09:00

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Yəməndən buraxılan pilotsuz uçuş aparatını Qırmızı dənizdə vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" iki amerikalı məmura istinadən məlumat yayıb.

Belə ki, adının açıqlanmasını istəməyən səlahiyyətlilər, "Arli Byork" sinifli "Tomas Hadner" esminesinin bu səhər tezdən PUA vurduğunu bildiriblər.

Ehtimal edilir ki, bu, İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri ABŞ-ın öz döyüş gəmiləri yaxınlığında raketlə vurduğu ikinci PUA-dır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun