Xəstəxanada HƏMAS-ın komanda mərkəzi tapıldı

15 Noyabr 2023 23:41

"Əş-Şəfa" xəstəxanasında silah, avadanlıqlar və HƏMAS-ın komanda mərkəzi aşkar edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.

"Xəstəxananın digər bölməsində hərbçilər HƏMAS-a məxsus operativ komanda mərkəzi və texnoloji vasitələr tapılıb", - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə İsrail ordusunun xəstəxananı nəzarətə götürdüyü barədə məlumat yayılmışdı.

Milli.Az