Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu aparılmamasının səbəblərini açıqladı
19 May 2010 14:36
Yeni dərs ilinin başlanmasına qədər bu universitetdə qanuni təhsil alan tələbələrin taleyini isə nazirlik həll edəcək.
APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib.
Nazir onu da deyib ki, Azərbaycan Beynəlxalq Universitetinə (ABU) ötən il olduğu kimi, bu il də tələbə qəbulu planlaşdırılmayıb: "Hazırda ABU-da heç bir yoxlama aparmırıq. Yoxlamanı vaxtilə aparmışıq, nəticəsi də budur ki, iki ildir, bu universitetə qəbul planı verilmir".
/APA/