DƏHŞƏT: Məktəbdə kütləvi zəhərlənmə - Şagirdlərə kiflənmiş...

15 Noyabr 2023 21:00

Tatarıstan Respublikasının Almetyevsk bölgəsindəki məktəblərdən birində şagirdlər kütləvi şəkildə zəhərlənib.

Milli.Az news24.az-a istinadən xəbər verir ki,uşaqların məktəbin bufetindəki qidadan zəhərləndiyi iddia olunur.

Bildirilib ki, məktəbin yarısı qidadan zəhərlənib. Hər kəsdə qusma və ishal halları aşkarlanıb.

Məktəbin bufetində şagirdlərə kiflənmiş çörəyin satıldığı da  iddia olunub.

Milli.Az