Fərid Hüseynova vəzifə verildi

15 Noyabr 2023 16:58

"Azərbaycan Hava Yolları" QSC-də (AZAL) Mətbuatla İş şöbəsinin rəhbəri vəzifəsinə təyinat olub.

Milli.Az AZAL-a istinadən xəbər verir ki, bu vəzifə Fərid Hüseynova həvalə olunub.

O, bundan əvvəl "Kapital Bank" ASC-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi kimi çalışıb.

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun