Azərbaycanın qoşulduğu “Ümumdünya Poçt Konvensiyası” yenilənib

15 Noyabr 2023 16:55

Prezident İlham Əliyev "Ümumdünya Poçt Konvensiyası"na və "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu"na qoşulmaq haqqında qanunu təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla da Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış "Ümumdünya Poçt Konvensiyası"na və "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu"na öz bəyanatı ilə qoşulub.

Bu Qanun qüvvəyə mindiyi gündən "Ümumdünya Poçt Konvensiyası"na və "Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu"na qoşulmaq haqqında" 3 dekabr 2019-cu il tarixli qanunun 1-ci maddəsi ləğv edilir.

Milli.Az