Terror barədə yalan məlumat verən küçə uşaqları saxlanıldı

19 May 2010 14:31
Milli.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 18-də saat 18:27-də naməlum şəxs Nərimanov rayonu ərazisindəki taksafondan zəng edərək "Polis! Ticarət Mərkəzinə bomba qoyulub" deyərək dəstəyi asıb.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.
Davam etdirilən tədbirlər nəticəsində yalan məlumatı vermiş daimi yaşayış yerləri olmayan 15 yaşlı R.H  və onunla birgə olanlar 17 yaşlı O.H və C.Ə. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az