Bakıda bu prospekt iflic oldu: km-lərlə tıxac…

15 Noyabr 2023 10:56

Bakının Qara Qarayev prospektindən Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə keçid tam bağlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hazırda bu istiqamətlərdə çox ciddi tıxac müşahidə olunur.

Tıxacın uzunluğu "Xalqlar dostluğu" metrosuna qədər uzanıb.

Tıxaca nəyin səbəb olduğu hələlik məlum deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun