İsrailin Baş naziri Benyamin Netanyahu Livanın "Hizbullah" qruplaşması ilə münaqişənin şiddətlənəcəyi təqdirdə İsrail Müdafiə Qüvvələrinə (IDF) istənilən ssenariyə hazırlaşmağı tapşırdığını bildirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Hazırda şimalda güclü zərbələr mübadiləsi gedir. Biz "Hizbullah"ı vururuq, lakin mənim İsrail ordusuna verdiyim göstəriş ondan ibarətdir ki, istənilən ssenariyə hazır olun", - Baş nazir tapşırıq verib.
Netanyahu deyib ki, o, "Hizbullaha" "İsrail dövlətini sınaqdan keçirməməyi" təklif edib, əks halda bu, onların həyatlarının səhvi olacaq.
Bundan əvvəl Fələstinin HƏMAS radikal təşkilatının liderlərindən biri Üsamə Həmədan Qəzza zolağında vəziyyətə nəzarət etdiyini bildirmişdi.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada HƏMAS-ın nəzarətində olan hökumət binalarını ələ keçirə bildiklərini bildirmişdi. İsrail ordusunun əsgərləri hətta Qəzza zolağının parlamentində foto da çəkdiriblər .
Milli.Az