ABŞ-dan İrana növbəti xəbərdarlıq

14 Noyabr 2023 20:54

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İrana növbəti dəfə xəbərdarlıq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.

"İranın proksi qüvvələrinin ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinə hücumlarının davam edəcəyi təqdirdə Tehran rejiminə cavab verəcəyik", - Sallivan qeyd edib.

Milli.Az