Ukraynada vəziyyət çətindir - NATO

14 Noyabr 2023 20:11

Ukraynada münaqişə zonasında vəziyyət çətindir, gərgin döyüşlər davam edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Mən Ukrayna mövzusunu qaldırmaq fikrindəyəm. Gərgin döyüşlər davam edir, döyüş meydanında vəziyyət ağır olaraq qalır və buna görə də biz Ukraynaya intensiv dəstəyimizi davam etdirməliyik", - Stoltenberq bildirib.

Milli.Az