İki ildir vakant olan vəzifə ilə bağlı əmr imzalandı

14 Noyabr 2023 17:09

Bakı Ağır Cinayətlər Məhkəməsinin icra şöbəsinə rəis vəzifəsi ilə bağlı əmr imzalanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı əmrlə icra şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası kiçik ədliyyə müşaviri Ziya İsmayılzadəyə həvalə edilib.

Qeyd edək ki, Z.İsmayılzadə bu təyinata qədər Sabunçu rayon icra şöbəsinin rəis müavini idi. Onun hazırda təyin edildiyi vəzifə 2 il idi, vakant idi.

Milli.AZ

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun