Üç oyunçu İtaliya millisini tərk etdi

14 Noyabr 2023 17:48

İtaliya millisinin 3 futbolçusu millinin düşərgəsindən ayrılıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. 

Söhbət Davide Kalabriya, Rafael Toloy və Aleks Meretdən gedir.

Futbolçular klublarından zədəli gəliblər. Onların forması noyabrda AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşlərdə oynamağa mane olub. 

İtaliya millisi Şimali Makedoniya (17 noyabr) və Ukrayna (20 noyabr) ilə oyun keçirəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun