Hakan Fidan Buriç ilə görüşdü

13 Noyabr 2023 19:18

Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, görüş zamanı tərəflər, Türkiyə-Avropa Şurası münasibətlərini və şuranın gündəliyində duran məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə 1949-cu ildə yaradılmış Avropa Şurasının qurucu üzvləri arasındadır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun