"Psixoqamma Psixologiya Akademiyası" və "Təhsil Forumu" sosial platformasının təşkilati dəstəyi ilə Ümumrespublika Psixologiya Forumu keçirildi. Psixologiya üzrə fəlsəfə elmləri doktoru, dosent Limunət Əmrahlının rəhbəri olduğu akademiya korreksiya və reabilitasiya sahəsində fəaliyyət göstərir.
Forumda dəyərli qonaqlar və iştirakçılar spikerlərin psixologiyanın aktual problemlərinə həsr olunmuş çıxışlarını dinlədi, görülən korreksiya və reabilitasiya işlərinin praktik hissələrinə dair videolarla tanış oldular.
Müzakirə edilən mövzular arasında təhsil müəssisələrində psixoloqların fəaliyyəti və onların üzləşdikləri problemlər, cəmiyyətdəki psixoloji problemlərin çözülməsi istiqamətində həllini gözləyən məsələlər, veteranlara və qazilərə psizoloji yardım və s. vardı.
Milli.Az